3 Temmuz 2017 Pazartesi

MÜƏLLİM PEŞƏSİ

         Toy mövzümün qızğın vaxtı idi. Gözlədiyim kimi tanış bir adamın oğlunun toy məclisinə dəvətnamə almışdım. O gün işim bir az çox olduğuna görə toy məclisinə gecikməmək üçün taksi ilə getmək qərarına gəldim. Küçəyə çıxan kimi ilk rast gəldiyim taksiyə əl elədim. Tünd qırmızı VAZ21 06 markalı maşın qarşımda dayandı. Maşına əyləşən kimi təxminən 45- 50 yaşlarındakı sürücüyə getdiyim toyun baş tutacağı şadlıq sarayının yerini söylədim. Sürücü necə deyərlər dilli olmaqla yanaşı, həm də nəsə dərdli və əsəbi adam təsirin bağışlayırdı. Bir az oyandan, bu yandan söhbət salmışdıq ki, qarşımıza çıxan yol polisi maşınmızı saxlamagmizi tələb etdi.